
Ötən il Azərbaycanda 126 min 571 körpə doğulub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, doğulan körpələrin 1,5%-i və ya 1 917-si 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilib.
Məlumat üçün bildirək ki, "Ailə Məcəlləsi"nin tələbinə görə Azərbaycan Respublikasında nikah yaşı 18 yaş (üzrlü səbəblər olduqda nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilir) müəyyən olunub (Maddə 10). Bu, həm də o deməkdir ki, son bir il ərzində 1 917 uşaq qeyri-rəsmi nikahdan doğulub.
Azərbaycanda 15-17 yaş həm də məktəb yaşı hesab olunur və bu səbəbdən də 1 917 körpə həm də məktəbyaşlı qızlar tərəfindən dünyaya gətirilib.
Onu da bildirək ki, məktəbyaşlı analar tərəfindən dünyaya gətirilən körpələrin sayı son illərdə sürətlə azalır.
Son 11 ildə məktəbyaşlı analar tərəfindən doğulan körpələrin sayı belə olub:
İllər | Məktəbyaşlı analar tərəfindən doğulan körpələrin sayı |
2010 | 4 103 |
2011 | 4 392 |
2012 | 3 236 |
2013 | 2 855 |
2014 | 3 296 |
2015 | 2 895 |
2016 | 2 809 |
2017 | 2 421 |
2018 | 2 129 |
2019 | 2 320 |
2020 | 1 917 |