Ərdoğan Azərbaycana gələcəyini açıqladı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclasında yaxın həftələrdə Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə prezidentinin tvitter səhifəsində paylaşım edilib. O, öz nitqində Azərbaycanın 44 günlük Vətən müharibəsindən qalib çıxması məsələsinə də toxunub:
"44 günlük müharibədə qazanılan qələbə təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də vacib məsələ idi". 
Xatırladaq ki, bir neçə gün qabaq Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ərdoğanın Füzuli hava limanının açılışında iştirak etmək üçün Azərbaycana gələcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top