Rusiyanın enerji şirkəti Ukrayna üzərindən Macarıstana təbii qaz axınını dayandırdığını açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın enerji şirkəti “Gazprom” 24,6 milyon kubmetrlik müqavilə olmasına baxmayaraq, təbii qaz axınını Ukrayna üzərindən Macarıstana nəqlini dayandırdığını bildirib. Macarıstanın Xarici Ticarət naziri Piter Sijarto, sentyabrın 27 -də, ölkəsinin Rusiyanın enerji şirkəti “Gazprom” ilə 1 oktyabr 2021 -ci ildən başlayaraq 15 il müddətinə təbii qaz alqı -satqısı haqqında müqavilə imzaladığını açıqlamışdı.
Qeyd edək ki, Ukraynanın Xarici İşlər Nazirliyi mövzu haqqında Avropa enerji Komissiyasına müraciət edəcəyini bildirib.