
Ötən il Azərbaycanda 75 min 647 ölüm qeydə alınıb.
Yeniavaz.com açlıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki illə müqayisədə ölən insanların sayı 19 min 716 nəfər artıb. Belə ki, 2019-cu ildə Azərbaycanda 55 min 916 nəfər ölüb.
Məlumat üçün qeyd edək ki, 1935-ci ildən etibarən açıqlanan rəsmi statistikaya görə son 86 il ərzində ən yüksək ölum sayı 2020-ci ildə qeydə alınıb.
Azərbaycanda hər min nəfərə düşən ölüm səviyyəsi isə ötən il 7,6 olub. Ölüm səviyyəsi sonuncu dəfə 66 il əvvəl - 1955-ci ildə bu həddə olub. Son 86 ildə Azərbaycanda ən yüksək ölüm səviyyəsi 1942-ci ildə qeydə alınıb. 1942-ci ildə Azərbaycanda hər min nəfərə düşən ölüm səviyyəsi 17,6 (52 min 993 nəfər) olub.