Ac saxlanıldığı deyilən alpaqanın son halı - VİDEO


Qapalı məkanda saxlanılan, baxımsızlıqdan arıqlamış alpaqanın son halının görüntüləri yayılıb.

Yeniavaz.com xəbər verir ki, sözügedən videonu bir müddət əvvəl alpaqanı öz fermasına götürən “Alpaca Azerbaijan” instaqram səhifəsində paylaşıb.

“Xilas olunmuş alpaqamız bu video vasitəsilə onu sevən hər kəsə sevgisini göndərir”, - paylaşımda deyilir.

Fermanın əməkdaşı Rasim İsayevin sözlərinə görə, alpaqa bir ay ərzində 6 kiloqram kökəlib və bugünkü gün özünü çox yaxşı hiss edir.
 

DİGƏR XƏBƏRLƏR

Top