İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı


İran ölkənin şimal-qərb hissəsində "Xeybərin Fatehləri" adlanan quru hərbi təlimlərinə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, təlimdə quru qüvvələrinin helikopterlərinin dəstəyi ilə zirehli bölmələr, artilleriya və pilotsuz uçuş aparatları iştirak edir.
İran quru qoşunlarının komandanı, briqada generalı Kimars Heydəri təlim zamanı İran quru qüvvələrinin pilotsuz uçan aparatlarının əvvəlcə ərazinin ümumi kəşfiyyatını apardığını, sonra məlumatın komandanlıq məntəqəsinə göndərildiyini deyib.

DİGƏR XƏBƏRLƏR

Top