Gürcüstana gəldiyini deyən Saakaşvili tərəfdarlarını mitinqə çağırdı


Oktyabrın 1-də ölkəyə qayıtdığını elan edən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfdarlarını bələdiyyə seçkilərindən sonra Tbilisidə mitinqə toplaşmağa çağırıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb.
“Oktyabrın 3 -də səhər seçkilərin nəticələrini müdafiə etmək üçün Gürcüstanın hər yerindən Tbilisiyə gedəcəyik. Həmin qruplardan birinə qoşulacağam. İstəyim budur ki, insanlar çox olsun və məni polis saxlaya bilməsin”, - deyə Saakaşvili bildirib.
Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. 
Xatırladaq ki, Saakaşvili bu gün 8 ildən sonra Gürcüstana getdiyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top