Ukraynalı və azərbaycanlı gənclərin siyasi formu keçiriləcək


Ukraynada yaşayan etnik gənclərin beynəlxalq Radası qurulacaq.
Yeniavaz.com xəbər verir ki, Ukrayna-Azərbaycan gənclər formunun iştirakçıları UAR ofisində təşkil olunan fotosərgiyə gələcəklər.
Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov və Ze! Molodejka gənclər hərəkatının rəhbərliyi arasında görüş olub. Ze! Molodejka gənclər hərəkatının mərkəzi ofisində baş tutan görüşdə Ukrayna Ali Radasının deputatı Ze! Molodejka hərəkatının rəhbəri Aleksandr Sançenko, katibliyinin rəhbəri Vladimir Misaylo, Beynəlxalq əlaqələr Departamentinin rəhbəri Alina Poddubnaya və Ukrayna Dialoq və Kommunikasiya Mərkəzinin rəhbəri Şeyx İmad Abu Alrub iştirak ediblər. 
UAR baş katibinə Ze! Molodejka hərəkatının fəaliyyəti haqqında geniş məlumat verən Beynəlxalq əlaqələr Departamentinin rəhbəri Alina Poddubnaya azərbaycanlı gənclərlə intensiv əlaqə qurmaq arzusunda olduqlarını vurğulayıb. Bu məqsədlə Azərbaycandan “Yeni Azərbaycan” partiyasının gənclər təşkilatını Ukraynaya dəvət etdiklərini bildirib. “Oktyabrın 28-də Xarkovda başlayacaq olan görüşlərimiz ayın 30-da Kievdə yekunlaşacaq” deyən departament rəhbəri əməkdaşlığın faydalı olacağına inandığını da qeyd edib. 
“Hərəkatın məqsədi demokratik prinsip və fikirlərini bölüşən, Ukraynanın inkişafı üçün çalışmaq istəyən fəal gəncləri birləşdirməkdir. Biz istəyirik ki, gənclər qanunların qəbulu prosesindən başlayaraq siyasətin hər sahəsində aktiv iştirak etsinlər”.  deyən Ukrayna Ali Radasının deputatı Ze! Molodejka hərəkatının rəhbəri Aleksandr Sançenko bildirib ki, hərəkat gənclər üçün bir sıçrayış platformasıdır. “Ze! Molodejka üzvləri ölkədə gedən siyasi prosesləri həmyaşıdlarına başa düşülən bir şəkildə izah edəcək və onları doğru məlumatlandırmaqla məşğul olacaqlar.” deyən "Gənclər siyasətinin əsasları haqqında" qanun layihəsinin də müəllifi olan millət vəkili Ukraynada yaşayan etnik gənclərin beynəlxalq Radasının qurulmasının zamanı gəldiyini bildirib. 
Səmimi görüş üçün Ze! Molodejka hərəkatının rəhbərliyinə təşəkkür edən UAR baş katibi Ceyhun Məmmədov gənclər siyasətinin önəmini vurğulayıb. “Gənclər bizim gələcəyimizdir. Bu günün gəncləri sabahın siyasətçiləri və liderləridir. Gəncləri olmayan siyasi hərəkatların tənəzzülü qaçınılmazdır” deyən baş katib gənclərə doğru örnək olmanın vacibliyini vurğulayıb. Ukraynada yaşayan etnik gənclərin beynəlxalq Radasının  qurulmağına dəstək verəcəklərini bildirən Məmmədov Ukrayna-Azərbaycan formunun iştirakçılarını UAR ofisində təşkil olunan fotosərgiyə dəvət edib. 
Ze! Molodejka katibliyinin rəhbəri Vladimir Misaylo isə bildirib ki, gənclərin siyəsətçilərlə mütəmadi görüşləri həm siyasilər həm də gənclər üçün önəmlidir. Misaylo, biz gənclərin gələcəyi üçün gənclərlə birlikdə çalışmalıyıq, deyə vurğulayıb.
Ukrayna və ərəb dünyası arasında əlaqələrdən danışan Dialoq və Kommunikasiya Mərkəzinin rəhbəri Şeyx İmad Abu Alrub münasibətlərin inkişafında diasporun əhəmiyyətini vurğulayıb. 
Görüşdə Ukrayna hakim “Sluqa Naroda” partiyasının gənclik qolu olan Ze! Molodejka hərəkatı və Ukrayna Azərbaycanlıları Radası arasındakı əlaqələrin hərtərəfli inkişaf etdirilməsi qərara alınıb.

DİGƏR XƏBƏRLƏR

Top