Rusiyada hökumət binasına molotof kokteyli atılıb


Ötən gecə naməlum şəxs Rusiyanın Murmansk vilayətində yerləşən hökumət binasına iki molotof kokteyli atıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb. İlkin məlumatlara görə, hücum gecə saat 1 radələrində baş verib. Cinayətkar hadisə yerindən qaçıb.
Hadisə nəticəsində binanın qapısı yararsız hala düşüb. Hücum zamanı ofisdə bir neçə vəzifəli şəxs olub. Onlardan heç biri xəsarət almayıb.
Hüquq-mühafizə orqanları hadisəni törədən şəxsi axtarır.

DİGƏR XƏBƏRLƏR

Top