
Avstraliyanın Yeni Cənubi Uels ştatının erməni Baş naziri Qladis Berecikliyan istefa verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Berecikliyanın istefası Yeni Cənubi Uels Liberal Partiyası yeni lider seçəcəyi andan qüvvəyə minəcək.
Baş nazirin istefası əyalətin Korrupsiya üzrə Müstəqil Komissiyası onun barəsində araşdırma apardığını elan etdikdən sonra baş verib.
Qeyd edək ki, Qladis Berecikliyan 2020 -ci ilin oktyabr ayında uzun müddət Çin vətəndaşlarına viza satmaqda şübhəli bilinən keçmiş millət vəkili Daril Maqure ilə gizli əlaqədə olduğunu etiraf etmişdi. Baş nazir bu əlaqəni şəxsi səhvi adlandırmışdı.