Güclü qasırğa səbəbilə Yaponiyada 126 aviareys ləğv edildi


Yaponiya hava yolları “Japan Airlines” və “All Nippon Airways” şirkətlərinin ən azı 126 reysi güclü "Mindul" qasırğası səbəbilə ləğv edilib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə hava limanının saytında yerləşdirilən mesajda deyilir .
NHK telekanalından verilən məlumatda isə Tokiyo ilə mərkəzi Naqoya şəhəri arasındakı sürətli yolun bir neçə hissəsi bağlanıb. Həmçinin Çiba prefekturasının Katsura şəhərinin təxminən 7 min sakininə güclü yağış və sürüşmə təhlükəsi səbəbilə evlərini tərk etmələri tövsiyə olunub.
Qeyd edək ki, “Mindul” qasırğası Tokionun cənub-şərqində, Sakit Okeanda yerləşir və Honşu adası boyunca şimal-şərqə doğru hərəkət edir.  

DİGƏR XƏBƏRLƏR

Top