Tonoyan 2 milyard dram oğurlamaqda günahlandırılır


İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi keçmiş müdafiə naziri David Tonoyanın iki ay həbsdə saxlanılması ilə bağlı qərar verib.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Sergey Ovannisyan məlumat verib. Onun sözlərinə görə, Tonoyan ona qarşı açılan heç bir iddihamı qəbul etmir. 
Xatırladaq ki, Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan Ermənistanda silah alveri ilə məşğul olan "Patron Davo" kimi tanınan Davit Qalstyanla birgə dövlətdən təxminən 2 milyard dram (4 milyon 87 min dollar) oğurlamaqda günahlandırılır. Verilən məlumatlarda David Qalstyanın da 2 ay müddətinə həbs edildiyi vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top