Sarkozinin cəzasını necə çəkəcəyi bilindi


Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci ildə prezident seçkiləri vaxtı etdiyi saxtakarlığa görə, məhkəmənin verdiyi 1 il həbs cəzasını evdə çəkəcək. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, o, bu müddətdə üzərindəki elektron qandalla izlənəcək. 
Sarkozi məhkəmə prosesində iştirak etməyib. Keçmiş prezidentlə birgə eyni iş üzrə təqsirləndirilən 13 nəfər də günahkar bilinib.
Qeyd edək ki, Nikolas Sarkozi 2012-ci ildə Fransada keçirilmiş prezident seçkiləri vaxtı seçki kampaniyası zamanı lazım olduğundan artıq pul xərcləməkdə günahkar bilinir. Ötən gün keçirilən məhkəmə də isə o, 1 illik həbs cəzası alıb.

DİGƏR XƏBƏRLƏR

Top