Yevlaxda külək ağacları aşırdı


Yağış, ardından əsən güclü külək Yevlaxda fəsad törədib.

Yeniavaz.com xəbər verir ki, güclü külək Tanrıqulular kəndi ərazisində iri çinar ağaclarını kökündən qoparaq aşıb. Küləyə tab gətirməyən ağacların iri budaqları Mingəçevir-Bəhrəmtəpə yoluna düşüb. Təbiət hadisəsi zamanı yolda hərəkətdə olan sürücülər arasında xəsarət, avtomobillərin hərəkətində hər hansı ciddi ləngimələr yaranmayıb. Aidiyyəti qurumlar yola düşən iri ağac budaqlarını təmizləyiblər. Həmçinin iri gövdəli çinarlar ətrafda olan digər ağaclara da ziyan vurub. Nəhəng ağaclar yol kənarında olan nisbətən kiçik ağacların üzərinə aşıb onlarıda zədələyiblər. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Esmira Hidaayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top