Qurban Qurbanov: "Mən daha çətin oyun gözləyirdim"


"Mən daha çətin oyun gözləyirdim. Rəqibi qiymətləndirməmək olmaz. Qarşıdakı matçlarda da bu cür çıxış etməliyik".

Bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis əzmkar mübarizəyə görə futbolçularına təşəkkür edib: "Yaxşı mübarizə apardıq. Düzdür, ilk hissədə hesabda geri düşdük. Amma futbolçular sonadək mübarizə apardılar. Rəqibə gələcək oyunlarda uğurlar arzulayıram".

Qurbanovun sözlərinə görə, ilk hissədə də kifayət qədər qol imkanları olub: "Sadəcə, standart vəziyyət zamanı ani diqqətsizlikdən qol buraxdıq. Halbuki oyunçulara daha diqqətli olmağı tapşırmışdıq. İkinci hissədə ruhdan düşmədik, meydana qələbə üçün çıxdıq. İkinci yarı daha sürətli alındı və hücumlarımız kəsərli alındı".//report

DİGƏR XƏBƏRLƏR

Top