BNA avtomobil yollarına peykdən nəzarət edə biləcək - FOTO


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərkosmos" - Azərbaycan Respublikasının Kosmik Agentliyi və Bakı Nəqliyyat Agentliyi (BNA) arasında görüş keçirilib.

Yeniavaz.com Azərkosmos-a istinadən xəbər verir ki, ikitərəfli görüşdə “Azərkosmos” və “Bakı Nəqliyyat Agentliyi” arasında “Azersky”dan əldə olunan peyk təsvirlərinin istifadəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən adıçəkilən qurumlar yeni nəqliyyat infrastrukturu üçün ərazilərin seçilməsi, milli məkan məlumatlarının formalaşdırılması, mübadiləsi və istifadəsi məqsədilə müvafiq informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyası, eləcə də Coğrafi İnformasiya Sistemlərinə dair proqram təminatları üzrə birgə təlimlərin təşkili barədə razılığa gəlib.

Həmçinin, “Azərkosmos” və Bakı Nəqliyyat Agentliyi “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC arasında kommersiya müqaviləsi də imzalanıb. Müqaviləyə uyğun olaraq “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi və nəqliyyat infrastrukturunun optimallaşdırılması istiqamətində həyata keçiriləcək layihələrədə Yer müşahidəsi peykinin imkanlarından istifadə edəcək.

DİGƏR XƏBƏRLƏR

Top