“Azərbaycan Dəmir Yolları” QSC-nin monitorinq qrupları tərəfindən yeni tədris ilinin başlanılması ilə bağlı müşahidələr aparılır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları”ndan Bakı-Sumqayıt qatarlarında həddindən çox sıxlığın qeydə alınmasına münasibət bildirilərkən deyilib.
Qurumdan verilən məlumata görə, sərnişin sıxlığı artarsa, onun aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.
Xatırladaq ki, 29 sentyabrdan ali və orta ixtisas təhsil müəssisələrində əyani tədrisə başlanılıb.
Qeyd edək ki, Bakı-Sumqayıt qatarları gündə 12 dəfə hərəkət edir. Oktyabrın 1-dən Bakı-Sumqayıt-Bakı sərnişin qatarlarının hərəkəti tam bərpa olunaraq, şənbə və bazar günləri də işləyəcək. ADY şənbə, bazar və digər qeyri-iş günləri üçün yeni hərəkət cədvəlini açıqlayıb.