İngiltərədə bu günə qədər bilinməyən dinozavr növünün sümükləri tapıldı


İngiltərədə aparılan qazıntılar zamanı dinozavr sümükləri tapılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Uayt adasında tapılan dinozavrların bölgədə 125 milyon il əvvəl yaşadığı təxmin edilir. “Ceratosuchops” növünə aid olan bu canlı “cəhənnəmdən çıxmış buynuzlu və timsah başlı” mənasını verir. 
Qeyd edək ki, nəhəng canlı 9 metr uzunluğa və 1 metr kəllə sümüyünə sahib olub.

DİGƏR XƏBƏRLƏR

Top