Zelenski ilə Putin ilin sonunda görüşə bilər


Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putin arasında bu ilin sonu və ya gələn ilin əvvəli görüş keçirilə bilər. 
Yeniavaz.com
Ukrayna mətbuatına istinadən xəbər verir ki, məlumat Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tərəfindən verilib. O həmçinin qeyd edib ki, Ukrayna görüşə hazır olsa da, Rusiya tərəfindən buna münasibət bilidrilməyib. Kuleba nəzərdə tutulmuş görüşün gərgin keçəcəyini xüsusilə diqqətə çatdırıb.
Qeyd edək ki, Rusiya mətbuatında da Kremlin mətbuat katibi Dmitri Peskov məsələyə münasibəti bildirilib. Onun sözlərinə görə,  Putin Zelenski ilə görüşə hazırdır. Çünki iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmağa ehtiyac var. O da görüşün təşkil olunmasında Ukraynanın maraqlı olmadığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top