İran Azərbaycan sərhədində hərbi təlimlərə başlayır


İran həftənin cümə günü ölkənin Azərbaycanla sərhədində hərbi təlimlər həyata keçirəcək.
Yeniavaz.com "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Quru Qoşunlarının Komandanı Kyumərs Heydəri məlumat verib. Hərbi təlim "Xeybərin Fəthçiləri" adlandırılır. Komandanın sözlərinə görə, hərbi təlimdə İranın Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərlə yanaşı, zirehli texnikalar, artileriya və pilotsuz uçuş aparatları da iştirak edəcək. 
İran Quru Qoşunlarının Komandanı hərbi təlimlər əvvəlcədən planlaşdırılıb. Təlimlərin məqsədi döyüş hazırlığını artırmaqdır.

DİGƏR XƏBƏRLƏR

Top