Sarkoziyə 1 il həbs cəzası verildi


Paris İslah Məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini 2012-ci il seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə günahkar hesab edərək bir il həbs cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Hökm yekun iclasa gəlməyən Sarkozinin yoxluğunda çıxarılıb. Məhkəmə hesab edir ki, Sarkozi qanunla nəzərdə tutulmuş xərc limitini keçməsinə baxmayaraq kampaniya yürüşlərini davam etdirib. Kampaniyaya qanuni 22 milyon avro əvəzinə 42 milyon avrodan çox xərcləndiyi vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top