Yevlaxda yanğın hadisəsi olub


Yevlax sakininin bir gecədə 800 ev quşu yanğında tələf olub.

Yeniavaz.com xəbər verir ki, hadisə rayonun Havarlı kəndi, Günəşli yaşayış massivi, 14 -cü küçə, 3 saylı fərdi təsərrüfatda baş verib. Yusifov Kamil Balabəy oğluna məxsus quşçuluq sexində baş verən yanğın yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.
Daşdan tikilmiş sexin dam örtüyü  atmaları və digər konstruksiyaları zərər görüb. Eləcə də toyuq-cücə yanıb. Əldə olunan məlumata görə 800-ə qədər quş tələf olub.

Esmira Hidayətova,Yevlax

 

DİGƏR XƏBƏRLƏR

Top