İspaniyanın paytaxtı Madrid şəhərində koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər ləğv edilib.
Yeniavaz.com AA-ya istinadən xəbər verir ki, bu barədə ispaniyalı siyasətçi İzabel Diaz Ayuso açıqlama verib. Onun sözlərinə görə, oktyabrın 4-dən etibarən bütün məhdudiyyətləri aradan qaldırılır.
Qeyd edək ki, Madriddə bu günə qədər koronavirusdan 16 min 94 nəfər dünyasını dəyişib.