Deputat: "Sosial şəbəkələrdə bəzi qruplar uydurmalar yaradırlar"


“Mənə elə gəlir ki, “Sosial şəbəkələr haqqında” ayrıca qanun qəbul edilməlidir”.

Bunu Milli Məclisin deputatı Sahib Alıyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə bəzi qruplar uydurmalar yaradırlar: “Biz sosial şəbəkələrlə bağlı qanun qəbul etməliyik. Azərbaycanda guya internet azadlığı yoxdur. Belə bir qanun təcili olaraq qəbul edilməlidir”. //Report

DİGƏR XƏBƏRLƏR

Top