Ermənistanın Təhlükəsizlik Xidməti ölkənin sabiq müdafiə naziri David Tonoyanı saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Tonoyan xüsusilə külli miqdarda pul mənimsəməkdə təqsirli bilinir. Onunla birlikdə silah alverçisi kimi tanınan iş adamı David Qalstyanın da saxlandığı bildirilib.
Qeyd edək ki, David Tonoyan dünən axşam saxlanılmışdı. Daha sonra onun azadlığa buraxıldığı bildirilmişdi.