
Ekvadorun qərbindəki Quayaquil şəhərindəki həbsxanada baş verən toqquşmalarda ən azı 116 nəfər ölüb, 80 nəfər yaralanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə respublika prezidenti Gilyermo Lasso məlumat verib. O, "bu çox faciəli bir hadisədir, hazırda 116 ölü və 80 -ə yaxın yaralı haqqında məlumat var, hamısı məhbuslardır", - deyə bildirilib.
Qeyd edək ki, Quayaquil həbsxanasında qarşıdurmaların səbəbi müxtəlif dəstə üzvləri arasında baş verən münaqişə olaraq göstərilib. Hazırda həbsxanada vəziyyət nəzarət altındadır.