Gürcüstanın müdafiə naziri hündürlükdən paraşütlə tullandı


Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze hündürlükdən paraşütlə tullanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb. Nazirin tullanmadan əvvəl təlim keçdiyi və lazım olan məlumatları aldığı bildirilib.  Paraşütlə tullanma Tbilisi Aviasiya Zavodu "Tbilaviamsheni" ərazisindən havaya qalxan Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığının modernləşdirilmiş və yenilənmiş An-2 təyyarəsindən həyata keçirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top