Ukrayna və Türkiyə “Bayraktar”la bağlı xidmət mərkəzi inşa edəcək


Ukrayna Müdafiə Nazirliyi və “Baykar” şirkəti, Türkiyənin Bayraktar pilotsuz uçuş aparatlarına xidmət göstərmək və işçilərinə təlim keçmək üçün Kiyev bölgəsində təlim və sınaq mərkəzinin inşasına dair memorandum imzalayıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Bu, irəliyə doğru atılan böyük bir addımdır. Prezident Ərdoğana minnətdaram. Bu, Ukraynanın suverenliyi və müstəqilliyinə əsl dəstəkdir"- deyə Zelenski bildirib.
Xidmət mərkəzində pilotsuz uçan aparatlara texniki xidmət, cari təmir, modernləşdirmə mərkəzi fəaliyyət göstərəcək. Mərkəz həmçinin PUA-nı idarəsi üçün kadrların təhsili və təlimini həyata keçirəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top