Rusiya Ukraynanın Donbasda türk silahlarından istifadə etməsini istəməzdi - Peskov


“Rusiya Ukrayna və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq mövzusunu vacib hesab edir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib. Sözçü bildirib ki, bu proses Rusiya üçün olduqca vacibdir:
“Bu mövzu əlbəttə ki, vacibdir. Ukraynanın cənub -şərqdə daxili qarşıdurmaları olan bir ölkə olduğunu bilirsiniz. Biz istəməzdik ki, Türkiyəyə aid silah sistemlərindən Ukrayna Donbasda istifadə etsin”.
Qeyd edək ki, iyunun 19 -da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Ukrayna və Türkiyə donanmaları arasında əməkdaşlığın genişləndirilməsini müzakirə etmişdilər.

 

DİGƏR XƏBƏRLƏR

Top