İnam Kərimov Gəncədə tələbələrlə görüşdü - FOTO


Kənd təsərrüfatı naziri İnam Kərimov Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüşüb.

Yeniavaz.com xəbər verir ki, ADAU-nun yeni tədris korpusunda baş tutan görüşdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, dövlət dəstəyi sayəsində və ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Kadr potensialının zənginliyi, peşəkar kadrların mövcudluğunu hər bir sahənin inkişafının əsas amillərindən biri adlandıran nazir İnam Kərimov yeni tədris ilində tələbələrə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbahim Cəfərov və Türkiyə Cümhuriyyəti Ege Universitetinin professoru İsmail Türkan son illərdə universitetdə kənd təsərrüfatı və dövlət sifarişli ixtisaslar üzrə təhsil alanların sayının əhəmiyyətli dərəcədə artmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər. ADAU-nun maddi-texniki bazasının müasirləşdirilməsi və rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi, eləcə də yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Daha sonra yüksək balla ADAU-ya qəbul olan tələbələrlə, eləcə də ikili diplom proqamı çərçivəsində Türkiyənin Ege Universitetindən dəvət olunmuş professor-müəllim heyəti, həmçinin ikili diplom proqramı ixtisaslarına qəbul olan tələbələrlə görüş keçirilib. Tədbirdə çıxış edən tələbə və valideynlər aqrar təhsilə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Vüqar Nəbiyev

 

DİGƏR XƏBƏRLƏR

Top