Azərbaycanla Gürcüstan arasında daha bir neçə sənəd imzalandı - YENİLƏNİB


Gürcüstan Baş nazirinin və nümayəndə heyətinin Azərbaycana səfəri son dərəcə uğurlu keçib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani səfərin yekunlarını dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə. son 10 ildə ilk dəfə keçirilən hökumətlərarası iqtisadi komissiyanın iclasında sektorial əməkdaşlığa dair 6 sənəd imzalanıb.

Nazir qeyd edib ki, imzalanan sənədlər regionda uzunmüddətli sülh və sabitliyə, vacib layihələrin həyata keçirilməsinə töhfə verəcək.

***18:37
Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir tədbir çərçivəsində həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalanıb.
"Bu sənədlərdən irəli gələn məsələlərin icrası qarşılıqlı faydalı əlaqələrimizin inkişafında əhəmiyyətli olacaq", - nazir qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top