“Akkuyu Atom Elektrik Stansiyasının ilk enerji blokunu gələn il istifadəyə verməyi planlaşdırmışıq”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Rusiya Prezidenti Vladimir Putinlə Soçidə görüşündə deyib:
"Akkuyu Atom Elektrik Stansiyasını ziyarət etdim, inşaat plana uyğun olaraq davam edir. Nüvə stansiyasının inşasının müəyyən edilmiş vaxta qədər tamamlanacağı bildirildi. İnanıram ki, nüvə enerjisinin ilk blokunu 2022-ci ildə aça biləcəyik”.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada səfərdədir.