İsveç COVID-19 qadağalarını ləğv etdi


İsveç COVID-19 epidemiyasının tamamilə nəzarət altına alındığını və bütün qadağaların ləğv edildiyini açıqlayıb. 
Yeniavaz.com AA-ya istinadla xəbər verir ki, bu barədə İsveç Səhiyyə Nazirliyi məlumat verib. Açıqlamada ölkənin koronavirus pandemiyasını tamamilə nəzarətə aldığını və bu səbəbdən virusa qarşı bütün qadağaları ləğv etdiyini bildirib. 1 oktyabr tarixindən etibarən isə səyahət qadağaları aradan qaldırılacağı deyilib.
Qeyd edək ki, İsveç, Danimarka və Norveçdən sonra məhdudiyyətlərini qaldıran 3-cü Avropa ölkəsidir.

DİGƏR XƏBƏRLƏR

Top