Lava İspaniyada Atlantik okeanına çatdı - VİDEO


İspaniyanın Kanar adalarının 5-ci ən böyük adası olan La Palma adasındakı “Cumbre Vieja” vulkanı, lava və kül püskürməyə davam edir. 
Yeniavaz.com
“CNN Türk”ə istinadla xəbər verir ki, “Cumbre Vieja” vulkanından gələn lava, vulkan püskürməsinin başlamasının 10-cu günündə Atlantik okeanına çatıb. Hökumət vulkanın yerləşdiyi adanı fəlakət zonası elan edib. Bölgəyə dəyən ziyanın 400 milyon avrodan çox olduğu təxmin edilir. Digər tərəfdən 19 sentyabrdan bəri baş verən partlayışlar nəticəsində lavalar 589 evi, banan sahələrini məhv edib.

DİGƏR XƏBƏRLƏR

Top