Prokuror dələduzluqda təqsirləndirilən hakimə cəza istəyib


Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hakim, dələduzluqda təqsirləndirilən Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı çıxışında L.Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində səçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsini istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 6-na təyin edilib.
Qeyd edək ki, uzun müddət Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi olmuş Lətif Ədil oğlu Nəbiyev külli miqdarda dələduzluqda ittiham edilir.
İttihama görə, L.Nəbiyev iş düzəltmək adı ilə vətəndaşlardan 100 min manatdan artıq vəsait alaraq dələduzluq yolu ilə ələ keçirib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınır.
Xatırladaq ki, cinayət işi üzrə ibtidai istintaq başa çatdıqdan sonra baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, məhkəmə aidiyyətlə bağlı məsələyə baxaraq işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar verib.

DİGƏR XƏBƏRLƏR

Top