Hansı rayonda nə qədər donuz var? - Rayonlar üzrə SİYAHI


Bu ilin ilk yarısına olan məlumata görə Azərbaycanda 6 min 159 baş donuz mövcud olub. 
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə donuzların sayı 8,5% və ya 482 baş artıb.
Açıqlanan məlumatlardan belə görünür ki, donuzların sayı ən çox Naxçıvan Muxtar Respublikasında və Abşeron rayonunda artıb. Belə ki, 2020-ci ilin ilk yarısı ilə müqayisədə bu ilin ilk yarısında Naxçıvan Muxtar Respublikasında donuzların sayı 1,8 dəfə artaraq 887 başdan 1579 başa yüksəlib. Abşeron rayonunda isə donuzların sayı 32,6% artaraq 184 başdan 244 başa çatıb. 
Azərbaycanın şəhər və rayonlarında donuzların sayı belə olub:
Şəhər və rayonlar 2020-ci ilin
ilk yarısı
2021-ci ilin
ilk yarısı
Bakı ş. 663 701
Xızı 174 7
Abşeron 184 244
Gədəbəy 163 150
Goranboy 28 30
Qax 1 918 1 856
Oğuz 62 468
Qəbələ 759 739
Xaçmaz 455 429
Şabran 7 7
Siyəzən 20 -
Kürdəmir 151 156
İsmayıllı 206 145
Naxçıvan ş. 689   991
Culfa 162  512
Babək 36 -
Şərur - 76
CƏMİ 5 677 6 159

DİGƏR XƏBƏRLƏR

Top