
Şimali Koreya "Hwasong-8" adlanan raketi uğurla sınaqdan keçirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi məlumat verib. Şimali Koreya "Hwasong-8" adlanan raketin daha sürətli və müasir texnologiyalarla təchiz edildiyini bildirib. Şimali Koreya hökuməti yeni tipli raketin ölkədəki ən əhəmiyyətli 5 yeni silah sistemindən biri olduğunu açıqlayıb. Qeyd edək ki, Şimali Koreya son bir ayda üçüncü dəfə raket sınağı keçirib.