Qaribaşvili Bakıdadır


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 29-da Azərbaycana səfərə gəlib.

Yeniavaz.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

DİGƏR XƏBƏRLƏR

Top