Gürcüstanda saxtakarlıqla məşğul olan erməni saxlanıldı


Gürcüstanda xeyli miqdarda aksiz markasını saxtalaşdıraraq satan Ermənistan vətəndaşı saxlanılıb.
Yeniavaz.com "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat verib. Nazirlik bildirib ki, həmin şəxsin günahı sübuta yetirilərsə, təqsirləndirilən şəxsi 4 ildən 6 ilə qədər həbs cəzası gözləyir.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidə alkoqollu içkilərə aid 3 051 saxta aksiz markasını 2700 dollara satıb. Təqsirləndirilən şəxs bu səbəbdən də həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top