İspanya La Palmanı təbii fəlakət zonası elan etdi


İspaniya sol koalisiya hökuməti 19 sentyabrdan etibarən Kumbre-Vieja vulkanının dayanmadan püskürməsi səbəbindən La Palma adasını təbii fəlakət zonası elan edib. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya Nazirlər Şurasının həftəlik iclasında qərar verilib. Hökumət təbii fəlakət zonasına 10,5 milyon avro ayrılacağını açıqlayıb. Sözügedən pulun 5,5 milyon avrosu evləri tamamilə yararsız hala düşmüş şəxslərə veriləcək. Qalanının isə əsas ehtiyaclara xərclənəcəyi bildirilib. 
Kanar Adaları özünüidarəetmə hökuməti də La Palma üçün 13 milyon avroluq yardım ayırmağa qərar verib.

DİGƏR XƏBƏRLƏR

Top