ABŞ-da xəstəxana 175 işçisini peyvənd vurdurmadığı üçün işdən çıxardı


ABŞ-ın Şimali Karolina ştatındakı "Novant Health" xəstəxanalar şəbəkəsi koronavirus peyvəndi vurdurmayan 175 işçisinin müqavilələrinə xitam verilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə xəstəxanalar şəbəkəsi özü məlumat yayıb.  Amerika mediasına verilən açıqlamada COVID-19 peyvəndinin vurulması ilə bağlı öhdəliyə əməl etməyən 175 tibb işçisinin müqavilələrinə xitam verildiyi bildirilib.
35 min işçisi olan sağlamlıq təşkilatı keçən həftəyə qədər peyvənd olmayan 375 işçiyə 5 gün pulsuz işdən kənarlaşdırma verərək əlavə vaxt verib. Tibb işçilərindən 175 nəfər bu qadağaya əməl etmədiyi üçün işdən uzaqlaşdırılıblar.

DİGƏR XƏBƏRLƏR

Top