Saray postu və Masazır dairəsində yolun bağlanmasının səbəbi bilindi - DYP-dən AÇIQLAMA


Bakı-Sumqayıt yolunun Saray postundan keçən və Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsində (Masazır dairəsində) polis əməkdaşlarının hərəkəti məhdudlaşdırmasının səbəbi bəlli olub.

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Namidan Piriyev bildirib ki, polis əməkdaşları nəqliyyat vasitələrinin çox olması səbəbilə Bakı-Sumqayıt yolunda hərəkəti tənzimləmək üçün bəzi istiqamətlərdə müəyyən aralıqlarla hərəkəti məhdudlaşdırıb:
“Məlum olduğu kimi, bu gün ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, həmçinin ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Buna görə də nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub. Nəticədə Polis əməkdaşları Bakı-Sumqayıt yolunda hərəkəti tənzimləmək üçün bəzi istiqamətlərdə müəyyən aralıqlarla hərəkəti məhdudlaşdırıb. Hal-hazırda bütün yollarda hərəkət bərpa edilib”.
Xatırladaq ki, bu gün səhər -  saat 07:30 radələrində Sumqayıtdan Bakıya gedən istiqamətdə nəqliyyatın hərəkəti Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən məhdudlaşdırılıb. Təxminən 10-15 dəqiqə sonra avtomobillərin hərəkətinə icazə verilib.

DİGƏR XƏBƏRLƏR

Top