Bakı-Sumqayıt yolunda yenə tıxac var


Səhər saatlarından Sumqayıtdan Bakıya gedən istiqamətdə nəqliyyatın hərəkəti ötən gün olduğu kimi bu gün də iflic olub.
Yeniavaz.com
 xəbər verir ki, saat 07:30 radələrində Bakı-Sumqayıt yolunun Saray postundan keçən hissəsində yol bağlanıb, nəqliyyatın hərəkəti dayandırılıb. Təxminən 10-15 dəqiqə sonra avtomobillərin hərəkətinə icazə verilib. Saray postunundan sonra isə Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsində (Masazır dairəsində) yol bağlanıb.
Yolda yaranan sıxlıq 20 Yanvar metrostansiyasının yaxınlığına qədər davam edir.
Qeyd edək ki, bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

DİGƏR XƏBƏRLƏR

Top