"Taliban"dan ABŞ-a xəbərdarlıq


"Taliban" ABŞ-ı pilotsuz uçan aparatların bu gün Əfqanıstanın hava məkanına qanunsuz daxil olmaqda ittiham edib.

Müvafiq bəyanat hərəkatın nümayəndəsi Zabihullah Mücahidin tvitter səhifəsində dərc edilib.

Məlumatda deyilir ki, ABŞ pilotsuz təyyarələrini hava sahəmizə göndərməklə "Əfqanıstan İslam Əmirliyi"nin suverenliyini və beynəlxalq hüquq normalarını pozub:

"Belə halların qarşısı alınmalıdır. Biz ABŞ -ı "Taliban" və Vaşinqton arasında" imzalanan Doha razılaşmalarına riayət etməyə çağırırıq. Əks təqdirdə, bunun fəsadı ola bilər".//report

DİGƏR XƏBƏRLƏR

Top