Mingəçevirdə şəhid ailəsi ziyarət olunub - FOTOLAR


Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, hüquq mühafizə orqanları və YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov şəhid Hüseyn Adil oğlu Abbasəliyevin ailəsini evində ziyarət edib ərzaq  bağlamaları təqdim ediblər.
Yeniavaz.com
xəbər verir ki, şəhidin atası onu ziyarətə gələn qonaqları xoş təəssüratlarla qarşılayıb. “Bu gəlişiniz bizim üçün böyük bir təsəlli və sevinc hissidir”, - deyən şəhid atası Adil Abbasəliyev bildirib ki, onların övladı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıb. O qeyd edib ki, şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
A. Abbasəliyev  şəhər rəhbərinin və hüquq-mqhafizə orqanlarının onlarla görüşməsini, evlərində ziyarət etmələrini şəhid ailələrinə olan qayğının ən bariz nümunəsi kimi qiymətləndirib. Şəhidin babası da şəhid ailələlərinin ziyarət olunmasının onlara bir təsəlli olduğunu bildirib.
Qonaqlar Azərbaycanın suverenliyi uğrunda şəhid olan Hüseyn Abbasova Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyiblər. İlham İsmayılov bildirib ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır:
“Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur”.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə - Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Hüseyn Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibisi  zamanı Suqovuşanın azadlığı uğrunda  gedən döyüşlərdə  iştirak edib və sentyabrın 29-da 20 yaşında  qəhrəmancasına şəhid  olub.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top