“Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb”


“Ola bilsin ki, sizin dediyiniz kimi yox. Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi, onlar görüşləri təşkil edirdi”.
Yeniavaz.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində jurnalistin “Paşinyana zəng etməyə hazırsınızmı?” sualına cavabında deyib.
“Mənim prezidentlik təcrübəmdə heç vaxt Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb. Yəqin ki, bu yanaşma bunu etmək üçün doğru yol deyil. Lakin Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, əlbəttə, biz buna qarşı çıxmarıq”, - dövlət başçısı qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top