Məktəb direktoru Vətən müharibəsinin tarixini təhrif etməsinə aydınlıq gətirib


"Sentyabrın 22-si I-IV siniflər üzrə yeni dərs ilinin ilk günü məktəbdə valideynlərin çoxluğu ilə əlaqədar pandemiya qaydalarından irəli gələn tələblərə riayət olunmasında müəyyən çətinlik yarandı".

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, bunu Bakı şəhəri 217 nömrəli tam orta məktəbinin direktoru Bənövşə Cəfərova deyib.
"Yaranmış gərgin vəziyyət və qan təzyiqimin yüksək olması səbəbindən çıxışımda “44 günlük Vətən müharibəsini” “24 günlük Vətən müharibəsi” kimi ifadə etmişəm. Bir pedaqoq və məktəb rəhbəri kimi bütün bunların anlayışla qarşılanacağına inanıram", - o vurğulayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a bildirilib ki, məsələ diqqət mərkəzində saxlanılır.

DİGƏR XƏBƏRLƏR

Top