Rezidenturaya qəbulun ikinci mərhələsinin nəticələri elan olundu


Rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub.

Yeniavaz.com xəbər verir k, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak edən hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı gözlənilən 814 namizəddən dörd nəfər imtahana gəlməyib. Namizədlərdən 543 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
İkinci mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 86 bal olub.
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 30-dan oktyabrın 4-dək aparılacaqdır.
Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top