Mədəniyyət Nazirliyi Aparatının yeni strukturu təsdiqlənib - SİYAHI


Mədəniyyət Nazirliyi Aparatının yeni strukturu artıq təsdiqlənib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə Mədəniyyət Nazirliyi Aparatının (şöbələr və sektorlar) yeni struktur hazırlanıb. 
Nazirliyin Aparatının yeni strukturu aşağıdakı kimi olacaq:

1. İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi
2. Muzey, qalereya və sərgilər şöbəsi
3. Audiovizual və interaktiv media şöbəsi
4. Kitab sənayesi şöbəsi
5. Beynəlxalq əməkdaşlıq şöbəsi
6. Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsi
7. Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsi
8. İnsan kapitalının idarə edilməsi şöbəsi
9. İqtisadiyyat və maliyyə şöbəsi
10. Hüquq şöbəsi
11. Daxili nəzarət və audit şöbəsi
12. Sənəd və vətəndaşlarla iş şöbəsi
13. Media və kommunikasiya şöbəsi
14. Təchizat və əmlak şöbəsi
15. Elm, təhsil və gənclərlə iş sektoru
16. Protokol sektoru
Mədəniyyət Nazirliyindən məlumatı təsdiq ediblər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin yeni islahat strategiyasının məqsədi mədəni irsimizi qoruyaraq onun müasir formalarının yaradılmasını dəstəkləmək, mədəniyyəti müstəqilliyimizin bir təzahürü kimi inkişaf etdirmək və nəticə etibarı ilə mədəniyyətin iqtisadi inkişafa töhfəsini gücləndirməkdir. İslahat strategiyası müasir idarəetmə üsullarının və iqtisadi modellərinin tətbiqi, şəffaflıq və səmərəliliyin artırılması və ən əsası insan kapitalının müasir tələblərə uyğunlaşdırılması və inkişaf etdirilməsini ehtiva edir.

DİGƏR XƏBƏRLƏR

Top