İranda güclü qasırğa gözlənilir - hazırlıqlar başladı


İranda sentyabrın 30-dan oktyabrın 4-dək güclü qasırğa olacağı bildirilir.
Yeniavaz.com
IRNA-ya istinadən xəbər verir ki, məlumat İran Limanlarının Mühafizəsi və Təhlükəsizliyi Xidməti və Dəniz Təşkilatı tərəfindən verilib. Qasırğa Pakistan sərhədindən Hörmüz boğazına qədər olan əraziləri əhatə edəcək.  Xəbərdə bildirilir ki, güclü qasırğa artıq İranın cənub bölgələrinə yaxınlaşmaqdadır. 
Məsələ ilə bağlı İran Meteorologiya İdarəsi Sistan, Bəlucistan və Hormozqan əyalətlərinin sahillərinin mühafizəsi ilə bağlı böhran qərargahı qurmağı təklif edib.

DİGƏR XƏBƏRLƏR

Top